• cümə axşamı, 25 aprel, 20:39
  • Baku Bakı 21°C

“Tülkülər” türkə görə 40 milyon verirlər

07.01.20 13:15 547
“Tülkülər” türkə görə 40 milyon verirlər
"Lester” daha bir türk futbolçuya maraq göstərir.
Kaspi.az xəbər verir ki, "tülkülər”in rəhbərliyi "Yuventus”un türk futbolçusu Merih Demiralı transfer etməyi planlaşdırır. Məlumata görə, klub, futbolçunu qış transfer pəncərəsi zamanı heyətə cəlb etmək niyyətindədir.
"Lester” Merihə görə 40 milyon avro ödəməyə hazırdır. "Tülkülər”in bundan əvvəlki təklifi isə 30 milyon avro olmuşdu.
Demirel "Yuve”yə 2019-cu ilin yayında "Sassuola”dan keçmişdi. Turin nəhəngi ona görə 18 milyon avro ödəmişdi.
Qeyd edək ki, "Lester”də Türkiyə yığmasının üzvü Çağlar Söyünçü də çıxış edir.
banner

Oxşar Xəbərlər