• cümə, 29 Mart, 19:54
  • Baku Bakı 14°C

ÜTT Azərbaycanın təşkilata qəbulunu sürətləndirir

27.07.17 15:45 945
ÜTT Azərbaycanın təşkilata qəbulunu sürətləndirir
Beynəlxalq Ticarət Mərkəzi (ITC) Azərbaycanınə Ümumdünya Ticarət Təşkilatına qəbulu prosesini sürətləndirmək üçün dəstək göstərməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə ÜTT baş katibinin aparat rəhbəri, Beynəlxalq Ticarət Mərkəzinın icraçı direktoru Arança Qonzales özünün "Twitter" səhifəsində yazıb.
Hazırda Cenəvrədə Azərbaycanın ÜTT-ə daxil olması üzrə danışıqların növbəti mərhələsi keçirilir.
Danışıqlar iyulun 24-də başlayıb və 28-ə qədər davam edəcək. Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir.
A.Qonzales yazıb: "Mən Mahmud Məmmədquliyevlə Azərbaycanın təşkilata qəbul edilməsi məsələsini müzakirə etdik və İTC-in bu prosesin sürətləndirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirdim".
banner

Oxşar Xəbərlər