• cümə axşamı, 25 aprel, 23:53
  • Baku Bakı 21°C

Trüdo təyyarə faciəsinin araşdırılmasında Kanadanın iştirakında israrlıdır

12.01.20 10:22 504
Trüdo təyyarə faciəsinin araşdırılmasında Kanadanın iştirakında israrlıdır
Kanadanın BaşNaziriCastin TrüdoUkrayna təyyarəsinin qəzaya uğraması ilə əlaqədar araşdırmaaparmaqüçün İran prezidentiHəsənRuhaniilərazılığagəlib.
APAxəbər verir ki, bu barədə mətbuat konfransında deyib.
Faciənin araşdırılmasında Kanadanın iştirakı ilə bağlı xüsusi razılıq əldə olunub və qrupun üç üzvü artıq viza alıb. İlk kanadalı nümayəndələr qrupu artıq İrana yola salınıb.
"Ruhani ilə söhbətdə Kanadanın bu araşdırmaya qatılmasının vacib olduğunu vurğuladım. İran rəsmilərindəm hərtərəfli və tam əməkdaşlıq gözləyirik. Qrup üzvləri üçün üç viza artıq təsdiqlənib. Bu qrup liderlərinin saat 4-də (yerli vaxtla) İrana çatmasını gözləyirik”, - Trüdo belə deyib.
O əlavə edib ki, "qrupun qalan hissəsi sonra yola düşəcək, iranlılar viza məsələsində əməkdaşlıq edirlər”. Trüdonun sözlərinə görə, "İran tam əməkdaşlığa hazır olduğunu bildirib” və"cavabdeh şəxslər cəzalandırılmayana qədər Kanada sakitləşməyəcək”.
banner

Oxşar Xəbərlər