• cümə, 19 Aprel, 14:05
  • Baku Bakı 25°C

Trampın müşaviri: “COVID-19 vaksinini birinci biz hazırlayacağıq”

24.05.20 19:30 612
Trampın müşaviri: “COVID-19 vaksinini birinci biz hazırlayacağıq”
ABŞ prezidentiDonald Trampın milli təhlükəsizlik üzrə müşaviriRobert O Brayenhesab edir ki, Birləşmiş Ştatlar dünyada birinci olaraq COVID-19 əleyhinə vaksini hazırlayacaq.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Müşavirə "Meet the Press" proqramının efirində Çinin vaksini birinci hazırlamaq imkanı haqqında sual verilib. "Mən düşünürəm ki, bu məsələdə Amerika lider olacaq", - Trampın müşaviri cavabında bildirib.
Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı1,6 milyonu ötüb, ölkədə COVID-19-a yoluxmuş97 mindən çox insan ölüb. Birləşmiş Ştatlarda virusa yoluxmuş361 min nəfərdən çox insan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyadaindiyədəkkoronavirus infeksiyasına yoluxanların sayı5,4 milyonu ötüb. Bunların 2,2 milyon nəfərdən çoxu sağalıb,344mindən çox insanölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
banner

Oxşar Xəbərlər