• cümə axşamı, 18 aprel, 19:56
  • Baku Bakı 21°C

Tramp və Çzinpin Şimali Koreya məsələsini müzakirə ediblər

13.08.17 11:43 2075
Tramp və Çzinpin Şimali Koreya məsələsini müzakirə ediblər
ABŞ prezidenti Donald Tramp və Çin rəhbəri Si Çzinpin arasında telefon danışığı olub.
"Report"un məlumatına görə, bu barədə "Amerikanın səsi" xəbər verib.
Xəbərdə bildirilir ki, dövlət başçıları telefon söhbətinin gedişatında yenidən Koreya yarımadasının nüvə silahından azad zona elan edilməsi ilə bağlı ümumi mövqelərini bildiriblər.
Ölkə liderləri qeyd ediblər ki,BMTTəhlükəsizlik Şurasının Şimali Koreyaya dair yeni qətnaməsinin regionda sabitliyin və sülhə nail olmaq yolunda vacib və zəruri addım olması fikri ilə yekdildirlər.
Həmçinin xəbər verilir ki, liderlər Koreya yarımadasının denuklearizasiyasına (nüvə silahından azad zona – "Report") sadiq olduqlarınıtəsdiqləyiblər. ABŞ və Çin rəhbərləri qeyd ediblər ki, Şimali Koreya təxribatçı və təzyiqi artıran hərəkətlərini dayandırmalıdır.
banner

Oxşar Xəbərlər