• şənbə, 20 Aprel, 05:11
  • Baku Bakı 15°C

Tramp üçün bədii ədəbiyyat siyahısı

30.01.17 10:45 3942
Tramp üçün bədii ədəbiyyat siyahısı
Amerikalı bloqqerlər və ədəbiyyat agentləri yanvar 20-də prezident kürsüsünə əyləşən Donald Trampın çıxışlarını və ədəbi-bədii təsvirlilik qabiliyyətini analiz etməyə qərar veriblər. "Huffington Post”un ədəbiyyat redaktoru Meddi Krampın müəlliflik etdiyi məqalədə bildirilir ki, analiz zamanı peşəkarlar bir detalı xüsusilə diqqətdə saxlayıblar. Tramp illərdir verdiyi müsahibələrdə kitab oxumağı sevdiyini desə də, fərqli mövzular haqqındakı açıqlamalarında, seçki kampaniyalarında, mühazirələrində "Bibliya” və öz kitablarından başqa heç bir ədəbiyyat nümunəsinin adını çəkmir. Sabiq prezident Obamanın durmadan oxuduğu kitablar haqqında getdiyi yerlərdə danışması, əsərlərin və müəlliflərin adını çəkərək insanları yönləndirməsi adətindən sonra ədəbiyyatdan uzaq bir prezidenti amerikalılar qəbul edə bilmirlər. CNN-də məsələ ilə bağlı yer almış xəbərə gələn şərhlərdə hətta Trampın əsərlərinin "qostrayter” (sujeti, detalları, hekayəni, məlumatı müəllif verir, lakin onu başqa biri qələmə alır, işləyir – red.) tərəfindən yazıldığı belə iddia edilir. Ekspertlər isə bu müşahidədən yola çıxaraq, növbəti addım atıblar. Amerikanın məşhur ədəbiyyat mükafatı "National Book Award”un idarə heyətinə müraciət edərək, prezident üçün bədii ədəbiyyat siyahısı hazırlanmasını xahiş ediblər. Yanvarın 23-də kitab mükafatı fondunun icraçı direktoru Lisa Lukas prezident üçün tərtib olunmuş ilk qısa siyahını mətbuata təqdim edib.
· Klaudia Rankin – "Vətəndaş” ("Citizen”)
· Con Levis, Andrey Aydin və Neyt Pauel – "Addım” ("March”)
· Arli Russel Hoksçayld – "Öz vətənində qərib olanlar” ("Strangers in their own land”)
· İbram Kendi – "İlk gündən damğalanmış” ("Stamped from the beginning”)
Tramp üçün təklif olunan saysız-hesabsız qiraət siyahılarında Ta Nehisi Kots, Laura Martin, Fred Kaplan, Edvar Baptist kimi yazarlarında əsərləri yer alıb. Tvitter sosial şəbəkəsindən Amerika vətəndaşları tərəfindən paylaşılan əsərlərin sonuna isə "Bunu Amerika üçün et” ("Do it for America”) etiketi əlavə edilib.
banner

Oxşar Xəbərlər