• cümə axşamı, 25 aprel, 14:29
  • Baku Bakı 23°C

Tramp Şimali Koreya ilə “böyük münaqişə” ola biləcəyini bildirib

28.04.17 10:10 1334
Tramp Şimali Koreya ilə “böyük münaqişə” ola biləcəyini bildirib
ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə "böyük münaqişə”nin yarana biləcəyini istisna etmədiyini, lakin böhranın diplomatik yolla nizamlanmasına üstünlük verdiyini bildirib.APA-nın xəbərinə görə, Tramp bu fikri "Röyters”ə müsahibəsində bildirib.
Tramp Şimali Koreya ətrafındakı problemin nizamlanmasında Çinin rolunu vurğulayıb.
Şimali Koreya lideri Kim Çen Inın hakimiyyətə çox gənc yaşında gəldiyini qeyd edən ABŞ prezidenti, onun ağıllı olmasına ümid etdiyini bildirib.
banner

Oxşar Xəbərlər