• çərşənbə axşamı, 23 aprel, 19:09
  • Baku Bakı 20°C

Tramp rəsmən 45-ci ABŞ prezidenti olub

20.01.17 21:45 1058
Tramp rəsmən 45-ci ABŞ prezidenti olub
Vaşinqtonda, Kapitolinin pilləkənlərində ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.
APA-nın məlumatına görə, Tramp Konstitusiyaya və ölkəyə sədaqət andı içib.
Dərhal sonra Kapitoli yüksəkliyində 21 artilleriya atəşi açılıb. Bundan əvvəl ənənəyə uyğun olaraq eyni andı vitse-prezident Maykl Pens içib.
ABŞ-ın 45-ci prezidenti Donald Tramp inauqurasiya mərasimində çıxış edərkən bildirib ki,ABŞ digər ölkələrə öz həyat tərzini qəbul etdirməyəcək, onlara nümunə olmaq istəyəcək: "ABŞ başqa ölkələri müdafiə edərək, öz sərhədlərini qoruya bilməyib. Cinayətkarlıq, quldurluq və narkotiklər amerikalıların həyatlarına təhlükədir, mən bu qırğına son qoyacam”.
D.Tramp həmçinin dünyada radikal terrorçuluğa son qoyacağına söz verib. Bununla belə o, hazırda ABŞ ordusunun acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər