• cümə axşamı, 28 mart, 17:25
  • Baku Bakı 16°C

Tramp onun vergi bəyannamələri ilə bağlı verilmiş qərarı "cadugər ovu" adlandırıb

23.02.21 10:45 484
Tramp onun vergi bəyannamələri ilə bağlı verilmiş qərarı "cadugər ovu" adlandırıb
ABŞ-ın sabiq prezidenti Donald Tramp onun vergi bəyannamələrinin prokurora təqdim edilməsinə qarışmamaqla bağlı Ali Məhkəmənin qərarını "cadugər ovu” adlandırıb.
APATASS-a istinadən xəbər verir ki, bu barədə Trampın ofisinin yaydığı açıqlamada deyilir.
"Bu istintaq – ölkəmizdəki ən böyük siyasi cadugər ovunun davamıdır”, - Trampın açıqlamasında belə qeyd olunub.
Keçmiş prezidentin sözlərinə görə, siyasi rəqibləri bəzi ittihamedici faktlar tapmaq üçün onun maliyyə əməliyyatları barədə bütün məlumatları əldə etməyə çalışırlar, eyni zamanda özləri də nə axtardıqlarını bilmirlər: "Ali Məhkəmə heç vaxt buna icazə verməməli idi, amma icazə verdi”.
Tramp düşünür ki, siyasi rəqiblərin təqib edilməsi üçün məhkəmə alətlərindən istifadə təcrübəsi ABŞ-da demokratiyaya zərər verəcək: "Son beş ildə olduğu kimi, yenə də mübarizəmi davam edəcəm”.
Qeyd edək ki, D.Trampın səkkiz illik vergi bəyannamələrinin Nyu-York dairə prokuroru Sayrus Vensə verilməsinin qarşısının alınması üçün irəli sürdüyü vəsatəti ötən gün ABŞ Ali Məhkəməsi rədd edib.

banner

Oxşar Xəbərlər