• şənbə, 20 Aprel, 15:49
  • Baku Bakı 23°C

Tramp meksikalı narkokartellərin terror təşkilatı olaraq tanınmasını təxirə salıb

07.12.19 12:07 770
Tramp meksikalı narkokartellərin terror təşkilatı olaraq tanınmasını təxirə salıb
ABŞPrezidenti Donald Tramp Meksika narkokartellərinin terror təşkilatları olaraq tanınmasının təxirə salınmasına qərar verib.
APA"TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident cümə axşamı "Twitter" səhifəsində bildirib.
"Meksikalı narkotik kartellərini terrorçu təşkilat kimi tanımaq üçün bütün lazımi işlər tamamlanıb. Qanuna uyğun olaraq, bunu etməyə hazırıq.Ancaq bəyəndiyim və hörmət etdiyim bir insanın, bizimlə çox yaxşı işləyən Meksika Prezidenti Andres Manuel Lopez Obradorun xahişi ilə narkotik kartellərini terrorçu təşkilatların siyahısınasalmağı müvəqqəti təxirə salırıq və bu məsələlərlə qətiyyətlə məşğul olmaq üçün birgə səylərimizi artıracağıq”, - Tramp belə deyib.
banner

Oxşar Xəbərlər