AZE | RUS | ENG |


Tramp Maduro ilə telefonla danışmaqdan imtina edib

Tramp Maduro ilə telefonla danışmaqdan imtina edib
Rəsmi Karakas Nikolas Maduro ilə Donald Tramp arasında telefon bağlantısına dair Vaşinqtona sorğu göndərib, lakin ABŞ prezidenti venesuelalı həmkarının təklifini rədd edib.
 
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
 
"Amerika Birləşmiş Ştatları təqiblər və sıxıntılara məruz qalan Venesuela xalqını dəstəkləyir. Ölkədə demokratiya bərpa olunan kimi, prezident Tramp məmnuniyyətlə Venesuela prezidenti ilə söhbət edəcək”, məlumatda deyilir.
 
Ağ Evdən həmçinin bildiriblər ki, ABŞ dəfələrlə Venesuelanı ədalətli seçkilər keçirməyə, siyasi məhbusları azad etməyə, insan haqlarına hörmətlə yanaşmağa çağırıb: "Lakin bütün bu çağırışlar cavabsız qalıb, əvəzində prezident Maduro diktatura yolunu seçib”. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000