• şənbə, 20 Aprel, 03:12
  • Baku Bakı 15°C

Tramp İrandakı etirazçılara dəstək olaraq "Twitter"də farsca paylaşım edib

12.01.20 10:37 612
Tramp İrandakı etirazçılara dəstək olaraq "Twitter"də farsca paylaşım edib
ABŞ Prezidenti Donald Tramp İranda rejim əleyhinə etiraz edən aksiya iştirakçılarına fars dilində dəstək verib.
APAxəbər verir ki, o bu barədə özünün "Twitter”dəki mikrobloqunda paylaşım edib.
"Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezidentliyimin əvvəlindən bəri sizinləyəm və rəhbərliyim sizinlə birlikdə olmağa davam edəcək. Biz sizin etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilhamalırıq”, -deyəTramp İranın rəsmi dilindəyazıb.
ABŞ prezidentinin fikrincə, İran hakimiyyəti"insan haqları qruplarına ölkədəki etirazları yerində izləməyə və məlumatlar çatdırmağa imkan verməlidir”:"Dinc nümayişçilərə qarşı nə başqa bir qırğın ola bilər, nə də internet kəsintisi.Dünyagörür”.
banner

Oxşar Xəbərlər