• cümə axşamı, 28 mart, 15:20
  • Baku Bakı 16°C

Tramp ermənilərin arzusunu ürəyində qoyacaq

21.04.17 09:00 1183
Tramp ermənilərin arzusunu ürəyində qoyacaq
Hər il olduğu kimi, bu il də ermənilər qondarma soyqırımlarının növbəti ildönümünü qeyd etmək üçün təbliğat kampaniyasına start veriblər. Lakin maraqlı olan odur ki, aprelin 24-də qeyd ediləcək qondarma soyqırımına bir neçə gün qalsa da, əvvəlki ajiotaj, qələbəlik nəzərə çarpmır. Halbuki, əvvəlki illərdə "soyqırımı”na bir neçə həftə qalmış erməni icmasının tədbirləri nəzarətlərində olduqları media tərəfindən geniş şəkildə təbliğ edilirdi. Bəs bu dəfəki sönüklük, ümidsizlik nə ilə bağlıdır? Bunu bir sıra səbəblərlə izah etmək olar. İlk növbədə ermənilər anladılar ki, yüz ilə yaxın apardıqları təbliğat mənasız imiş. Ən əsası bu illər ərzində xərclənən milyonlarla dollar vəsait və əziyyət də mənasız olub. Bir neçə ölkəni çıxmaq şərti ilə qondarma soyqırımını tanıyan olmadı. Ermənilərin ümid yeri olan Birləşmiş Ştatlar prezidentləri isə yalnız "faciə” sözünü dillərinə gətirməklə kifayətlənməyə üstünlük verirlər. Erməni icması anlamağa başlayır ki, rəsmi Vaşinqton heç bir vaxt bir neçə yüz minlik erməni icmasına xoş gəlmək üçün Yaxın və Orta Şərqdə böyük nüfuza və gücə malik dövlət olan Türkiyə ilə münasibətləri pisləşdirməyə getməyəcək. Bundan əlavə, rəsmi Vaşinqton məslə ilə bağlı Ankaranın səsləndirdiyi təkliflərə ermənilərin qulaqardına vurmalarını da əsas götürüb. Belə ki, rəsmi Ankara ermənilərə arxivlərin açılmasını və 100 il bundan əvvəl baş verənlərlə bağlı birgə komissiya yaradılmasını təklif etsə də, qarşı tərəf buna əməl etməyib, hətta münasibət belə bildirməyib. Ermənilər son prezident seçkilərində demokrat Hillari Klintonun prezident seçiləcəyinə ümid bəsləyirdilər. Ümid edirdilər ki, Türkiyə ilə Ermənistan arasında "Sürix protokolu”nun müəllifi kimi tanınan Klinton prezident seçiləcəyi təqdirdə, qondarma soyqırımı tanıyacaq. Lakin bu, baş vermədi.
Bütün bunlara baxmayaraq, ABŞ-dakı bir sıra erməni təşkilatları hələ də "soyqırımı”nın tanınmasına ümidlərini itirmir və yeni ABŞ administrasiyasının onlara müsbət cavab verəcəyini gözləyir. Lakin yeni administrasiya da əvvəlki yanaşmanı prioritet götürür. Məsələn, ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, onlar tarixi faktların tanınmasına yardım edəcəklər. Senatın xarici əlaqələr komitəsində onun namizədliyinə dair dinləmələrdə senator Robert Menendesin qondarma erməni soyqırımı haqda sualını cavablandırarkən o, məsələyə diplomatik cavab verib. "1915-ci ilin faciəvi hadisələri ErmənistanlaTürkiyəninmünasibətlərində ağrılıməsələolaraqqalmaqdadır.İki ölkə arasında dinc və sabit münasibətlərin təmin olunması ABŞ-ın marağındadır. Əgər mən dövlət katibi vəzifəsinə təsdiqlənsəm, regionda sabitlik naminə tarixi hadisələrin tanınmasına və Ermənistanla Türkiyə arasında açıq dialoqa yardım edəcəyəm”, – deyə o bildirib. Birləşmiş Ştatların yeni prezidenti Donald Tramp administrasiyasının başqa bir nümayəndəsi, ölkənin BMT-dəki səfiri Nikki Haley də "erməni soyqırımı” və erməni-türk münasibətləri ilə də bağlı mövqe bildirib. Ermənipərəst senator Robert Menendes səfirdən "erməni soyqırımı”nın tanınmasına dair BMT qətnaməsini dəstəkləyib-dəstəkləməyəcəyini soruşub:"Dəstəkləməyəcəyiniz halda, düşünmürsünüzmü ki, bu, Amerika dəyərlərinə kölgə salır və belə cinayətlərin təkrarlanmasına yol açır?” ABŞ-ın BMT-yə yeni təyin olunmuş səfiri suala belə cavab verib:"Mən heç vaxt atdıqları addımlar ABŞ dəyərlərinə zidd olan, insan hüquqlarını və beynəlxalq normaları pozan ölkələri öz adları ilə çağırmaqdan boyun qaçırmayacağam”.
Beləliklə, dövlət katibinin sözlərindən bəlli olur ki, ermənilərin bu il də qondarma soyqırımlarının "soyqırımı” kimi tanınacağı ilə bağlı ümidləri puç olacaq. Yeri gəlmişkən, Donald Tramp prezident seçiləndə ermənilər ümid edirdilər ki, yeni prezidentin Rusiya ilə isti münasibətləri onlara da təsirsiz ötüşməyəcək. Lakin baş verən son hadisələr onların bu arzusunu da ürəklərində qoydu. D.Tramp nəinki Rusiya ilə münasibətlərin normallaşmağa doğru addım atdı, əksinə, daha sərt qərarlar qəbul etdi. Öz növbəsində Ermənistanın Regional Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan Donald Trampın qələbəsindən sonra ABŞ-la Rusiyanın münasibətlərinin yaxşılaşmasından Ermənistanın da qazanacağını gözləyən ekspertlərin fikirlərinə şərik deyil. Politoloqun fikrincə, bu, yalnız ilk baxışda belə görünə bilər. Donald Trampın gözlənilməz addımlardan ibarət siyasətini şərh edən politoloq qeyd edib: "Aprelin 24-də Donald Tramp "erməni soyqırımı”nı tanıyanda təəccüblənəcəksiniz. Elə-belə. Səhər yuxudan oyanacaq və deyəcək – niyə də yox?”. Bəzi erməni politoloqları da Trampın qeyri-standart bir şəxs olduğunu əsas götürür və ümid edirlər ki, aprelin 24-də ABŞ prezidenti hamını şoka salacaq bir qərar qəbul edə bilər. Bu qənaətdə olanlar arasında Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan da var: "Tramp impulsiv adamdır, bu səbəbdən də heç nə istisna etmək olmaz”. Lakin əlavə edir ki, Trampın belə bir qərar qəbul edəcəyi gözlənilən deyil.
Bir faktı da qeyd edək ki, Tramp Türkiyədə keçirilən referendumla bağlı prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib. ABŞ prezidenti həmkarı ilə telefon danışığında Amerikanın aprelin 7-də Suriya hökumətinə aid aviabazaya raket zərbələri endirməsini dəstəklədiyinə görə Ərdoğana minnətdarlığını bildirib. Tramp telefon danışığı zamanı Ərdoğana Suriya və İraqda, həmçinin kürd hərbi qruplaşmalarına qarşı mübarizədə sıx əməkdaşlıq vədi verib. Belə bir halda, yeni administrasiyanın qondarma soyqırımını tanıyacağı heç bir halda inandırıcı görünmür.
Azər
banner

Oxşar Xəbərlər