• cümə, 19 Aprel, 08:25
  • Baku Bakı 13°C

Tramp Ərdoğanla telefon söhbəti haqqında danışıb

07.11.19 10:08 975
Tramp Ərdoğanla telefon söhbəti haqqında danışıb
ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla "çox gözəl telefon söhbəti" barədə danışıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, söhbət xüsusən İŞİD terrorçularının tutulması, Suriya ilə sərhəddəki vəziyyət barədə olub.
D.Tramp yazıb: "Mən indicə Türkiyə prezidenti ilə çox gözəl söhbət etdim. O mənə bildirdi ki, onlar (türk hərbçiləri) münaqişə zamanı qaçdığı bildirilən bir neçə İŞİD silahlısını, o cümlədən terrorçu-qatilin (İŞİD lideri Əbu Bəkr) əl-Bağdadinin arvadını və bacısını tutublar".
Bundan əlavə, D.Tramp T.Ərdoğanla noyabrın 13-ü Vaşinqtonda görüşəcəyini təsdiqləyib.
banner

Oxşar Xəbərlər