• cümə, 19 Aprel, 22:28
  • Baku Bakı 24°C

Tramp bu gün ABŞ-ın milli təhlükəsizlik strategiyasını elan edəcək

18.12.17 10:00 1586
Tramp bu gün ABŞ-ın milli təhlükəsizlik strategiyasını elan edəcək
ABŞ prezidenti Donald Tramp bu günə planlaşdırılan çıxışı zamanı ölkənin milli təhlükəsizlik strategiyasını elan edəcək.APA-nın"RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
Prezident strategiyanı Konqresin tapşırığı əsasında təqdim edəcək. Yeni strategiyada Trampın seçkiqabağı kampaniya zamanı elan etdiyi bəzi prinsiplərin yer alacağı proqnozlaşdırılır. Buna baxmayaraq, strategiyanın yetərincə ənənəvi olacağı gözlənilir. Elan ediləcək strategiya hərbi doktrina və ABŞ-ın iqtisadi təhlükəsizlik strategiyası kimi digər analoji sənədlər toplusuna əlavə olunacaq. Bu ümumi sənədin üzərində Dövlət Departamenti, Pentaqon,Maliyyə Nazirliyivə bir neçə digər dövlət qurumları çalışıb.
"Milli təhlükəsizlik strategiyasında 4 əsas milli maraq öz əksini tapıb - amerikalıların müdafiəsi, amerikalıların rifahının yaxşılaşdırılması, sülhün güc vasitəsi ilə qorunması və Amerika təsirinin genişləndirilməsi", - deyə Ağ Evin məlumatında bildirilir.
banner

Oxşar Xəbərlər