• cümə, 19 Aprel, 21:39
  • Baku Bakı 24°C

Tramp ABŞ kəşfiyyatının Rusiya ilə bağlı yeni məlumatını açıqlayıb

29.06.20 10:00 447
Tramp ABŞ kəşfiyyatının Rusiya ilə bağlı yeni məlumatını açıqlayıb
ABŞ kəşfiyyatı Rusiyanın əfqan döyüşçülərinə ("Taliban" hərəkatına -red) Amerika hərbi qulluqçularının qətlinitəklif etmək cəhdləri haqqında informasiyanın etibarsız olduğunu etiraf edib.
"Report” xəbər verir ki, bu barədə ABŞ prezidentiDonald Trampözünün "Twitter”dəki səhifəsindəbildirib.
"Kəşfiyyat mənə yenicə bildirdi ki, onlar bu informasiyanı etibarlı qəbul etməyiblər və həmin səbəbdən də bu barədə mənə və ya vitse-prezidentə bildirmədilər ", - o yazıb.
"Ola bilsin ki, bu Rusiya ilə əlaqəli başqa bir fırıldaqdır, bəlkə də "New York Times”ın saxta xəbərlərinin köməyi ilə respublikaçıları pis vəziyyətə salmaq istəyir", - deyə Tramp "Twitter”də yazıb.
banner

Oxşar Xəbərlər