AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tramp:

Tramp: "ABŞ-ın neft hasilatını azaltmaq ehtimalı yoxdur"

Siyasət
09 Aprel 2020, 11:00 164
ABŞ dünya bazarının digər iştirakçıları ilə razılaşdırılmış neft hasilatının azaldılmasına yol verməyəcək.
APA "TASS”-a istinadən xəbər verir ki, bunu Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Prezidenti Donald Tramp deyib.
"Düşünmürəm... Qulaq asın, biz artıq azaltmışıq, biz bazara istiqamətlənmişik. Onlar (ABŞ istehsalçıları – Red.) avtomatik olaraq artıq istehsal həcmlərini azaldıblar”, - deyə amerikalı lider OPEC+ formatında qarşıdakı məsləhətləşmələrlə əlaqədar ABŞ-ın başqaları ilə razılaşdırılmış neft hasilatının azaldılmasında iştirak etməyə hazır olub-olmaması ilə bağlı sualın cavabında bildirib.