• cümə axşamı, 25 aprel, 17:25
  • Baku Bakı 23°C

Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırıb

02.06.20 10:15 530
Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırıb
"ABŞ-da baş verən iğtişaşlar etiraz aksiyaları deyil, terror aktlarıdır”.

APA"TASS”-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Linkoln və II Dünya Müharibəsi abidələri vandalların hücumuna məruz qalıb. Bu, dinc etiraz aksiyası deyil, bu, daxili terror aktlarıdır. Günahsız insanların öldürülməsi insanlığa və Allaha qarşı cinayətdir”, - deyə Tramp son günlər baş qaldıran iğtişaşlarla bağlı xalqa müraciətində vurğulayıb.

Amerikalı lidermövcud iğtişaşlara son qoymaq üçün federal hökumətin bütün qüvvələrinin səfərbər olunduğunu bildirib.Onunsözlərinə görə, ABŞ federal hökuməti silahlı qüvvələrdən ölkədə qanun və qaydanı bərpa etmək üçün istifadə etməyə hazırdır.
banner

Oxşar Xəbərlər