• cümə axşamı, 28 mart, 20:23
  • Baku Bakı 13°C

Tramp ABŞ-da COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib

17.09.20 10:00 468
Tramp ABŞ-da COVID-19 peyvəndinin oktyabrda paylanacağını bildirib
Prezident Donald Tramp ABŞ-da COVID-19-a qarşı peyvəndin oktyabr ayında paylanacağını bildirib.
APARİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, peyvəndlərin çox etibarlı və ədalətli şəkildə paylanmasına hazır olduqlarını qeyd edib: "COVID-19 əleyhinə peyvəndlərin paylanmasına oktyabr ayında başlaya bilərik. Düşünürəm ki, bu oktyabrın ortalarından, bəlkə də bir az sonra baş tutacaq”.
Trampın sözlərinə görə, ABŞ-da 2020-ci ilin sonunadək 100 milyona qədər vaksinin paylanmasına hazırlıq görülüb.
banner

Oxşar Xəbərlər