Tramp: “ABŞ-a miqrant axını azalıb”
ABŞ-a qeyri-qanuni miqrant axını azalıb.
APA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Tvitter” səhifəsindəyazıb.
"Daxili təhlükəsizlik naziri Con Kelli sərhəddə böyük işlər görür. Miqrantların sayı olduqca azalıb. Bir çoxları sərhədi keçməyə cəhd belə etmir”, D.Tramp yazıb.
Bundan əvvəl ABŞ-ın daxili təhlükəsizlik nazirliyi miqrant axınına qarşı sərhəd nəzarətini gücləndirib.