• çərşənbə axşamı, 16 aprel, 18:26
  • Baku Bakı 18°C

TRACECA dəhlizi ilə Qırğızıstandan bir milyon tonadək yük daşınıb

06.12.19 12:33 631
TRACECA dəhlizi ilə Qırğızıstandan bir milyon tonadək yük daşınıb
Avrasiya Nəqliyyat Dəhlizi (TRACECA) beynəlxalq arenada vacib rol oynayır, çünki iqtisadi səmərə gətirməklə yanaşı, həm də ölkələri və xalqları birləşdirir.
Trend-in məlumatına görə, bunu Qırğızıstanın nəqliyyat və yollar naziri Janat Beyşenov Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat sazişinin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbir və TRACECA Beynəlxalq komissiyasının Daimi katibliyinin 16-cı iclasında deyib.
Nazir bildirib ki, TRACECA müstəqil Avrasiya dəhlizidir və multimodal xarakter daşıyır. O əlavə edib ki, 2018-ci ildə TRACECA marşrutu ilə Qırğızıstandan bir milyon tonadək yük daşınıb:
"Qırğızıstanda TRACECA marşrutu üzrə iki min kilometr yol bərpa edilib. Prioritet tapşırıqlardan biri Qırğızıstan ərazisindən keçməklə Çindən Özbəkistana dəmir yolunun tikintisidir”.
banner

Oxşar Xəbərlər