• cümə axşamı, 25 aprel, 11:41
  • Baku Bakı 14°C

TQDK imtahan nəticələri ilə bağlı açıqlama verdi

11.06.14 08:01 2989
TQDK imtahan nəticələri ilə bağlı açıqlama verdi
TQDK-dan verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə tanış olmaq üçün iş nömrəsini 7727 nömrəsinə göndərə və ya TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ keçidinə daxil olmaqla nəticələri ilə tanış ola bilərlər.
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan ediləcək.
Növbəti buraxılış imtahanları iyunun 13-də keçiriləcək. Həmin gün respublikanın bir sıra şəhər və rayonlarının - Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavəndin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlərin bilikləri yoxlanılacaq.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 8-də bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. İlk buraxılış imtahanı (IX və XI siniflər üçün) Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda təşkil olunub. Həmin gün eyni zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər. Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçirilib./apa/
banner

Oxşar Xəbərlər