• cümə axşamı, 25 aprel, 12:34
  • Baku Bakı 23°C

TQDK abituriyentlərə xəbərdarlıq etdi

13.05.13 08:35 670
TQDK abituriyentlərə xəbərdarlıq etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır. Göstərilən vaxta qədər abituriyentin “Elektron ərizə” si doldurmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, bu gün saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə “Elektron ərizə“ doldurub, onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub.
banner

Oxşar Xəbərlər