• çərşənbə, 24 Aprel, 02:22
  • Baku Bakı 14°C

"Toyota" Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq

30.03.20 14:15 705
"Toyota" Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq
Yaponiyanın "Toyota" avtomobil şirkəti koronavirus pandemiyası ilə əlaqədar Avropa ölkələrindəki zavodlarının fəaliyyətini aprelin 20-dək bərpa etməyəcək.
Trend-in məlumatına görə, söhbət Türkiyə, Portuqaliya, Böyük Britaniya, Polşa, Çexiya və Fransadakı zavodlardan gedir. Bu zavodlar martın 16-dan bağlanıb.
Bundan başqa Sankt-Peterburqdakı zavod da martın 28-dən aprelin 5-dək işləməyəcək.
Qeyd edək ki, ötən il "Toyota" Avropadakı zavodlarında 780 min avtomobil istehsal edib.
Koronavirusla əlaqədar olaraq şirkət Şimali Amerika və Cənub-Şərqi Asiyada da istehsalı qismən dayandırıb.
banner

Oxşar Xəbərlər