• cümə, 26 Aprel, 21:27
  • Baku Bakı 22°C

Toyda kütləvi zəhərlənmə: 57 nəfər xəstəxanaya aparıldı

23.08.13 12:26 1355
Toyda kütləvi zəhərlənmə: 57 nəfər xəstəxanaya aparıldı
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan zəhərlənən 57 nəfər rayon xəstəxanasına gətirilib.
Onlardan 15-i kişi, 24-ü qadın və 18-i uşaq olub. Zəhərlənən şəxslərin hamısının Şabran rayonunun Ağbaş kənd sakinləri olduğu bildirilib. İlkin araşdırmalar zamanı həmin şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
banner

Oxşar Xəbərlər