• cümə, 19 Aprel, 17:39
  • Baku Bakı 25°C

Toya dəvət etdiyi qonaqlar Messini biabır ediblər

03.08.17 12:35 1293
Toya dəvət etdiyi qonaqlar Messini biabır ediblər
İyunun 30-da toy edən Lionel Messinin gözləntiləri özünü doğrultmayıb.
Kaspi.az xəbər verir ki, Messi toya dəvət etdiyi şəxslərdən xahiş edib ki, hədiyyə əvəzinə özünün kasıb uşaqlar üçün yaratdığı xeyriyyə fonduna pul ödəsinlər.
Təxminən 260 məşhur qonaq xeyriyyə fonduna cəmisi 9,5 min avro vəsait ödəyib. Rəqəmi gülünc edən fakt odur ki, Messinin komanda yoldaşı Xerrad Pike nikah günü kazinoda 11 min avro xərcləyib.
İspaniyalı aparıcı Alesandro Fantino məsələyə belə reaksiya verib: "Bunlar varlı siçovullardı. Axı onlar ehtiyacı olan uşaqlar üçün nəsə qurban verə bilərdilər”.
banner

Oxşar Xəbərlər