Toxuculuq sənayesində 98,5 faiz artım olub
Bu ilin ilk yeddi ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 135,1 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə toxuculuq sənayesində 98,5 faiz, geyim istehsalında 49 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 38,3 faiz azalma müşahidə olunub.