• şənbə, 20 Aprel, 06:23
  • Baku Bakı 14°C

Tovuzda ev yanıb, bir nəfər xəsarət alıb

28.02.21 16:45 1080
Tovuzda ev yanıb, bir nəfər xəsarət alıb
Tovuz rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istənadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

banner

Oxşar Xəbərlər