• cümə axşamı, 28 mart, 23:53
  • Baku Bakı 13°C

Tovuzda baş vermiş yol qəzasında 6 nəfər xəsarət alıb

19.03.17 11:30 975
Tovuzda baş vermiş yol qəzasında 6 nəfər xəsarət alıb
Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonunHeydər Əliyevprospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən "VAZ-21011" markalı avtomobil "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və 4 sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Yaralılarxəstəxanaya yerləşdirilib.
Tovuz rayon Mərkəzi Xəstəxanasında "Report"un Qərb bürosuna verilən məlumata görə, yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır. Onlardan biri qadındır.
Hazırda Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır, yaralıların kimliyi və qəzanın dəqiq səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər