Tovuzda avtomobil aşıb, ana və övladı xəsarət alıb
Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kəndi ərazisində "QAZel” markalı avtomobilidarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə avtomobildə olan kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Gülnarə və onun 9 yaşlı oğlu Yamin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.