• cümə, 29 Mart, 02:52
  • Baku Bakı 7°C

Tovuz sakinləri şəhidi alqışlarla qarşılayıb- VİDEO

12.07.20 23:33 892
Tovuz sakinləri şəhidi alqışlarla qarşılayıb- VİDEO
Bu gün düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızı qarşılamaq üçün Tovuz rayonunda onlarla insan toplaşıb.
Trend-in məlumatına görə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

banner

Oxşar Xəbərlər