• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

Torpaq yolla rayonlara getmək istəyənlər xüsusi texniki vasitələrlə cərimələnəcək

20.06.20 13:51 802
Torpaq yolla rayonlara getmək istəyənlər xüsusi texniki vasitələrlə cərimələnəcək
Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə cərimələnəcək.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, həmin cihazlar karantin postları istiqamətində olan yollarda quraşdırılacaq, karantin postlarında həmin avtomobillər qeydə alınmasa, torpaq yollarda dərhal qeydə alınıb cərimələnəcəklər. Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər.
Qeyd edək ki, indiyə kimi 5000-ə yaxın avtomobil artıq karantin postlarından keçməyə cəhd edib. Onlar geri qaytarılıb.
banner

Oxşar Xəbərlər