• cümə, 29 Mart, 05:34
  • Baku Bakı 7°C

Tokio şəhərinin qubernatoru: "Olimpiada təhlükəsiz olacaq"

13.06.20 18:22 836
Tokio şəhərinin qubernatoru: "Olimpiada təhlükəsiz olacaq"
Koronavirus pandemiyası səbəbindən gələn ilin yayına təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları təhlükəsiz şəraitdə keçiriləcək.
"Report"un məlumatına görə, bunu AFP-yə açıqlamasında Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoruYuriko Koikedeyib.
O bildirib ki,insanlarda gələcəyə ümidoyadan Oyunların təşkili üçün virusla mübarizədəbütün səylərini davam etdirəcək. Y.Koikehəmçinin Yaponiyadan və xaricdən gələn idmançılar,azarkeşlər üçün təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədəolacağına söz verib: "Tokio sakinləri bilirlər ki,koronavirusun təsiri zəifləmədiyi təqdirdə olimpiada keçirilə bilməz. Hansı testlər lazımdır və onlardan necə istifadə etməklazımdır? Sosial məsafə necə olmalıdır? Bütün bunlar gələcək müzakirələrdən asılı olacaq. Xərclərin azaldılması hazırda əsas müzakirə mövzularından biridir".
Daha əvvəl sponsorların Tokio olimpiadasına sərmayə qoyub-qoymamaq barədə tərəddüd etdikləri bildirilib. Oyunların sponsorlar üçün böyük fürsət olduğunu xatırladan qubernator onlardandəstək istəyəcəyini söyləyib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.
banner

Oxşar Xəbərlər