• cümə, 29 Mart, 04:57
  • Baku Bakı 7°C

Tokio-2020 Yay Paralimpiya Oyunlarının yeni təqvimi açıqlandı

03.08.20 16:30 1247
Tokio-2020 Yay Paralimpiya Oyunlarının yeni təqvimi açıqlandı
Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio-2020 Yay Pralimpiya Oyunlarının təqvimində dəyişiklik olmayıb.
"Report" xəbər verir ki, bu barədə yarışın Təşkilat komitəsinin rəsmi saytında məlumat yerləşdirilib.
Sadəcə, bəzi yarışların başlama və bitmə tarixləri dəqiqləşdirilib.
Turnir əvvəldən nəzərdə tutulduğu kimi avqustun 24-də start götürəcək. Sentyabrın 5-dək davam edəcək Oyunlarda 22 idman növü üzrə 539 medal dəsti öz sahibini tapacaq.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınması ilə bağı qərarmartda qəbul olunub.
banner

Oxşar Xəbərlər