• cümə axşamı, 18 aprel, 23:49
  • Baku Bakı 21°C

Timur Əsgərov niderlandlı xoreoqrafın baletində çıxış edəcək

06.03.17 10:00 1146
Timur Əsgərov niderlandlı xoreoqrafın baletində çıxış edəcək
Martın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında niderlandlı xoreoqraf Hans Van Manenin quruluşunda balet axşamı keçiriləcək.
AZƏRTACteatrın saytına istinadla xəbər verir ki, "Mariya-2” səhnəsində nümayiş olunacaq xoreoqrafik əsərlərdən "İki cütlük üçün variasiyalar”da gənc balet artisti Timur Əsgərov da çıxış edəcək. Bu baletin dünya premyerası 2012-ci il fevralın 15-də Niderland Milli Teatrında olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il iyunun 15-də nümayiş etdirilib.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
banner

Oxşar Xəbərlər