Tillerson BMT-nin baş katibi ilə görüşəcək
ABŞ dövlət katibi Reks Tillerson bu gün Manilada BMT-nin baş katibi Antoniu Quterreş ilə görüşəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Qeyd edək ki, hazırda Reks Tillerson və Antoniu Quterreş Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının samittindədirlər.