• cümə, 26 Aprel, 01:08
  • Baku Bakı 16°C

Tillerson ABŞ üçün əsas təhlükəni açıqlayıb

28.04.17 09:20 1294
Tillerson ABŞ üçün əsas təhlükəni açıqlayıb
ABŞ dövlət katibi Reks Tillerson İranı ölkəsi üçün ən əsas təhlükə mənbəyi olduğunu bəyan edib. Bu barədəAPA"RİA Novosti”yə istinadən xəbər verir.
"İran hazırda ABŞ və bölgənin stabilliyi üçün ciddi təhlükə mənbəyidir”, - deyə Tillerson qeyd edib.
Jurnalistin "Ağ Ev Dövlət Departamentini İrana qarşı daha sərt mövqedən çıxış etməyi məcbur edib?” sualına Tillersonun cavabı belə olub: "Ağ Ev hesab edirdi ki, İrana yalnız Birgə Hərtərəfli Fəaliyyət Planı prizmasından yanaşmaq olmaz və mən bununla tam razıyam”.
Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı iddialarını tək sanksiyaların ləğvi ilə nəticələnmiş nüvə razılaşması kontekstində deyil, ümumi, kompleks şəklində nəzərə almaq lazımdır.
Tillerson, ABŞ-ın İranı terrorizmin sponsoru olduğunu hesab etdiyini, ballistik raket istehsalı proqramına görə Tehrana qarşı əlavə sanksiyaların tətbiq edildiyini xatırladıb.
banner

Oxşar Xəbərlər