• çərşənbə axşamı, 19 mart, 06:43
  • Baku Bakı 8°C

Tiflisdə Gürcüstan və Türkiyə baş nazirlərinin görüşü keçirilir

23.05.17 12:40 754
Tiflisdə Gürcüstan və Türkiyə baş nazirlərinin görüşü keçirilir
Türkiyənin baş naziri Binəli Yıldırım Gürcüstanda rəsmi səfərdədir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, B. Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Gürcüstan və Türkiyə baş nazirlərinin görüşü başlayıb. Görüşün yekunlarına dair birgə mətbuat konfransının keçiriləcəyi bildirilir.
Qeyd edək ki, B. Yıldırımın Gürcüstana rəsmi səfəri Gürcüstan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə üst-üstə düşür.
Bu dəqiqələrdə Gürcüstan parlamentinin köhnə binasında Yüksək Səviyyəli Türkiyə-Gürcüstan Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilir. Tədbir jurnalistlər üçün qapalıdır.
Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, energetika və təbii ehtiyatlar naziri Berat Albayrak, kənd təsərrüfatı naziri Faruk Çelik, gömrük və ticarət naziri Bülənt Tüfəkçi və nəqliyyat naziri Əhməd Arslan daxildir.
banner

Oxşar Xəbərlər