• çərşənbə axşamı, 19 mart, 10:24
  • Baku Bakı 8°C

Tiflisin işıqsız qalmasının səbəbi bilindi - Yenilənib

16.05.17 18:10 828
Tiflisin işıqsız qalmasının səbəbi bilindi - Yenilənib
Tiflis və Rustavi şəhərlərinin elektrik enerji ilə təchizatı tezliklə bərpa olunacaq.

APA-nın məlumatına görə, bu barədə "İnfo Rustavi” agentliyinə"Elektrik sistemləri” Dövlət Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Tiflis və Rustavi şəhərlərinin işıqsız qalmasına səbəb Ermənistana gedən yüksək gərginlikli elektrik xətlərində baş verən nasazlıq olub.

Elektrik enerjisitəchizatının bərpası mərhələli şəkildə olacaq.
--------------
17:27
Gürcüstan paytaxtı Tiflis işıqsız qalıb.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxtın elektrik enerjisi ilə təchizatı yerli vaxtla saat 16.10-da dayandırılıb.

Eyni zamanda Tiflisdən 25 kilometr aralıda yerləşən Rustavi şəhəri də işıqsız qalıb.

"Elektrik sistemləri” Dövlət Xidmətindən "İnfo Rustavi” agentliyinə bildiriblər ki, hadisənin səbəbləri araşdırılır.

Elektrik enerjisitəchizatının nə vaxt bərpa olunacağı bəlli deyil.
banner

Oxşar Xəbərlər