• cümə axşamı, 25 aprel, 23:31
  • Baku Bakı 21°C

Tibb işçilərimiz aprel döyüşlərindəki xüsusi təyinatlılarımızı xatırladırlar

03.04.20 12:55 555
Tibb işçilərimiz aprel döyüşlərindəki xüsusi təyinatlılarımızı xatırladırlar
"Bu gün biz zərər vermək və can almaq potensialı torpaqlarımızı işğal altında saxlayanlardan qat-qat güclü olan COVİD-19 adlı gözəgörünməz bir düşmənlə savaşdayıq. Elə bir düşmənlə ki, gücünü cəmiyyətin özündən, daha dəqiqi oradakı intizamsızlıqdan, vicdansızlıqdan, məsuliyyətsizlikdən, vecsizlikdən və avamlıqdan alır. Bunu anlamayan, yaranmış reallığın diqtə etdiyi qaydalar çərçivəsində davranmaq istəməyənlər - fərq etməz məmurdur, sahibkardır, ya adi vətəndaş savaş terminiylə deməli olsaq, kollaborasionistlərdilər".
Bu barədə millət vəkili Sahib Alıyev "Facebook" profilində yazıb.
Oqeyd edib ki, indiki mərhələdə tibb işçilərimiz 2016-ci ilin aprel döyüşlərindəki xüsusi təyinatlılarımızı xatırladırlar: "Necə ki, hərbçilərimiz o zaman heç nədən çəkinmədən cəsarətlə düşmənin üzərinə gedərək torpaqlarımızı qarış-qarış azad edirdilərsə, bu gün də tibb işçilərimiz eyni davranış sərgiləyirlər. Onlar virusla savaşa atılaraq qarşısnı kəsməyə, yoluxdurduqlarını adam-adam qurtarmağa çalışırlar. Qurtarırlar da.Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın vurğuladığı kimi, biz tibb işçilərimizin timsalında doğrudan da "xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük".Mən də öz sağlıqları hesabına bizim sağlamlığımızın keşiyində duran bütün soydaşlarımıza sayğı və sevgimi çatrırır, Birinci vitse-prezidentimizə qoşularaq "Tanrı sizi qorusun!"-deyirəm".
Alpər TURAN
banner

Oxşar Xəbərlər