• cümə axşamı, 25 aprel, 08:54
  • Baku Bakı 14°C

Tibb elmimiz də Azərbaycan dövlətinə dəstək olmalıdır

25.04.20 23:37 825
Tibb elmimiz də Azərbaycan dövlətinə dəstək olmalıdır
"COVID-19 pandemiyası dönəmində virusun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə bir başa ölkə başçısının göstərişi ilə atılan bütün addımlar sayəsində Azərbaycan bugün virusla mübarizədə həqiqətən nümunəvi ölkələr sırasındadır. Əminəm ki, postpandemiya dövründə də verilən iqtisadi, sosial qərarlarla və eləcə də səhiyyə sistemindəki atıla biləcək addımlarla əhalinin maddi rifah halı daha da yaxşılaşacaq və bununla yanaşı onların sağlamlığına göstərilən qayğı daha da yüksələcək".
Bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
Həkimin sözlərinə görə, bəzi Avropa ölkələrində tətbiq olunan xüsusi rejim şərtlərinin bir az daha yüngülləşdirilməsi onu deməyə əsas verir ki, artıq COVİD-19 pandemiyası dünyada özünün fərqli mərhələsinə qədəm qoyur: "Xüsusi rejim şərtlərinin bir az daha yüngülləşdirilməsi Azərbaycanda da tədricən olmasını görürük. Bu mərhələyə keçidin nəyin əsasında olduğuna diqqətlə nəzər salsaq aydın görə bilərik ki, bütün bunlar dünyanın dörd bir tərəfində xəstələr üzərində aparılan və artıq sübutunu tapan elmi tədqiqatlar nəticəsində baş verir. Belə ki, bu tibbi elmi tədqiqatlardan ilk növbədə həmin araşdırmaların aparıldığı ölkələr sonra isə yavaş-yavaş bütün dünya faydalanmağa başlayır və bunun da əsasında siyasi qərarlar düşünülür.Geriyə nəzər salsaq Azərbaycan üçün təəssüf doğuran bir tək vacib məqam görürük. Belə ki, artıq pandemiyanın fərqli mərhələyə qədəm qoyduğu bu dövrə qədər milli tibb elminin COVİD-19-la bağlı bugünə qədər ona hər şey üçün şərait yaradan dövlətə kifayət qədər elmi dəstək göstərməməsidir. COVİD-19-la bağlı dünya tibb ədəbiyyatında (ən əsas da Amerika və Avropa) son zamanlar dərc olunan bütün elmi nəşrlərə nəzər salsaq orada bir çox inkişaf etməkdə olan ölkələrin və hətta dövlətinin elminə Azərbaycandakı kimi dəstək olmadığı ölkələrin belə adını görmək olur. Amma təəssüf ki, bizim milli tibb elmimiz Azərbaycanın adını elmi tədqiqatda fərqlənən dünya ölkələrinin sırasına - Amerika, Almaniya, Çin, İngiltərə, Türkiyə, İran və s. - çıxardıb önlərdə səsləndirə bilmir".
N.Abdullayev qeyd edib ki,Azərbaycan dövləti atdığı qətiyyətli ön tədbirlərlə öz adını böyük dövlətlərin sırasına nümunəvi bir ölkə kimi çıxartdı: "Bu uğurun üzərinə tibb elminin bir başa dövlətə dəstəyi də gələrdisə biz virusa yoluxmanın və onun yayılmasının qarşısını avropa ölkələrindən də tez ala bilərdik.COVİD-19 pandemiya dönəmində biz onu da gördük ki, uzun illər ölkədə qalan və bu sahənin elmi ilə bir başa məşğul olmalı olan yoldaşlarla yanaşı, yaxın keçmişdə dövlətin dəstəyini istəyib xarici ölkələrdə elmi dərəcə alıb ölkəyə qayıdan gənclər də elmi aktivlik göstərmədi.Düşünürəm ki, elmlə məşğul olmağa dövlət tərəfindən Azərbaycanda kifayət qədər şərait yaradılır, yeni postpandemiya dövründə isə bu işi həvəslə görəcək gənclər araşdırılıb tapılsa və onlara uyğun şərait yaradılsa, onlar da gələcəkdə Azərbaycanda gördükləri elmi tədqiqatlarla ölkənin adını yüksəklərə qaldıra bilərlər".
Alpər TURAN
banner

Oxşar Xəbərlər