• çərşənbə axşamı, 19 mart, 07:09
  • Baku Bakı 8°C

Tianjin kitabxanası açıldı

20.11.17 12:12 16129
Tianjin kitabxanası açıldı
Təqribən dörd ilə yaxındır inşaat işləri davam edən və proyekti bütün dünyadan sirr kimi gizlədilən Tianjin Kitabxanası möhtəşəm bir açılışla istifadəyə verildi. Ölkə əhalisinin rəsmən 15 milyonuna ev sahibliyi edən Tianjin əyalətində kosmopolitləşmənin simvolu kimi inşa edilən kitabxanada 1 milyon 200 min adda nümunə var. Təkcə kitabxana binası üç min kvadratmetri əhatə edən bu möhtəşəm tikilinin ümumi sahəsi 33700 kvadratmetrdir. "boredpanda”-da yer almış ətraflı xəbərdə Çinin dünyanın qüsursuz kitabxanası ilə minilliklərə meydan oxuduğu iddia edilir. Belə ki, kitabxananın interyeri görənlərin ağlını başından alıb.
Heç kim kitab axtararkən və ya oxuyarkən diqqət cəlb etmək istəməz. Amma siz kitab oxumaq üçün Tianjinə gəlmisinizsə, bu dəbdəbənin arxasında gizlənmək sadəcə mümkün deyil. Belə ki, nəhəng yaşıl auditoriyanın ortasında açılan iri bir göz kimi bütün əyaləti kölgəsi altına almış bu kitabxana ziyarətçilərini bütün xidmətləri ilə təəccübləndirir və valeh edir. Beş mərtəbəli kitabxana binası Tianjin Urbanizasiya Planlaşdırmaları və Dizayn İnstitutunun maliyyəsi ilə alman dizaynerlər tərəfindən cızılıb. Birinci mərtəbəsi sırf qiraət zalı üçün nəzərdə tutulub. Orta mərtəbələr isə ofislər, konfrans zalları, kolleksiya kitabxanalar, görüş otaqları, komputer və audio otaqları, yeməkxana arasında bölünüb. Yuxarı iki mərtəbə isə tamamilə rəflərdən ibarətdir. Kitabxananın açılış günündən etibarən ilk bir həftə ərzində 2 milyon ziyarətçi qəbul etdiyi bildirilir. Gələnlər isə kitablardan çox binanın interyeri ilə maraqlanıblar. Kitabxana Tianjinin Binhai şəhərində tikildiyindən binanın adı indidən "Binhainin gözü” kimi dillər əzbəri olub.
Çin bu il kitabxanaya ekskursiyalardan böyük gəlir götürməyi planlaşdırır. Kitabxananın rəsmi layihə rəhbəri institut isə proyektin bütün hüquqlarının Çin hökumətinə məxsus olduğunu və ikinci bir təkrarının tikilməməsi üçün əsla satılmaması qərarı üzərində müqavilə bağlandığını açıqlayıb. Çin hökuməti son illər ədəbiyyat və incəsənətə iri məbləğlər yatırması ilə diqqət çəkirdi. Bu kitabxana isə hələ uzun müddət müzakirə olunacaq. Belə ki, açılış günü "Washington Post”-da yer alan xəbərdə gedən bu fikir manşetləri bəzədi: "Çinin nə yaratmaq istədiyini almanlar da təxmin edə bilməyib”.
banner

Oxşar Xəbərlər