• cümə, 19 Aprel, 19:33
  • Baku Bakı 24°C

“The Washington Times”: “Azərbaycan Amerikanın etibarlı tərəfdaşıdır”

11.05.17 20:03 890
“The Washington Times”: “Azərbaycan Amerikanın etibarlı tərəfdaşıdır”
"The Washington Times” qəzetində "Caspian Group Holdings” şirkətlər qrupunun direktoru Rob Sobhaninin "Azərbaycan Amerikanın etibarlı tərəfdaşıdır” sərlövhəli məqaləsi dərc edilib. Materialda Azərbaycanın yerləşdiyi mürəkkəb regionda Amerikanın ən etibarlı müttəfiqi olmasından bəhs edilir.
R.Sobhani Azərbaycan Prezidenti İlham Əliyev barədə söhbət açaraq yazır ki, Azərbaycan Yaxın Şərq regionunda Qərbin ən etibarlı tərəfdaşına və onun enerji təhlükəsizliyinin qarantına çevrilib. Müəllif enerji layihələrinin Qərb üçün vacibliyini qeyd edərək yazır ki, Vaşinqton Transanadolu qaz kəməri layihəsinin həyata keçirilməsində Azərbaycanı dərhal və tamamilə dəstəkləməlidir. Azərbaycan 2020-ci ilə qədər Avropaya hər il 355 milyard kub fut təbii qaz nəql edəcək.
Tolerantlıq azərbaycanlıların fundamental həyat tərzidir. Müəllif qeyd edir ki, mədəni turizm dini-tolerant Azərbaycan cəmiyyətinin daha bir effektidir. O yazır: "Qətərdən Azərbaycana gedən təyyarədə Fars körfəzi ölkələrindən olan sərnişinlərdən onların nə üçün Livana, İstanbula və ya Dubaya deyil, Azərbaycana getməyi qərara aldıqlarını soruşdum. Onların hamısı eyni cavabı verdi ki, bütövlükdə Azərbaycan, xüsusən paytaxt Bakı təhlükəsiz, təmiz, tolerant və ucuz turizm istiqamətidir.
Amerika əyləncə sənayesinin "Warner Brothers” yaxud "Universal Studios” kimi nəhəngləri yaxın illərdə Azərbaycanda attraksion parkları açsalar, bu, sürpriz olmayacaq, çünki Azərbaycanın iki saatlıq radiusunda təxminən 200 milyon insan yaşayır”.
Məqalədə o da qeyd edilir ki, 2001-ci il sentyabrın 11-də baş vermiş terror hücumlarından sonra Prezident Heydər Əliyev Amerika hərbi hava qüvvələrinin Əfqanıstandakı Amerika döyüşçüləri üçün zəruri materiallar və mallar daşımaq üçün Azərbaycanın hava məkanından istifadə etməsinə icazə vermişdi.
banner

Oxşar Xəbərlər