AZE | RUS | ENG |


Tez gələn kim, it gətirən kim, imtina edən kim

Tez gələn kim, it gətirən kim, imtina edən kim
MDB dövlət başçılarının Soçi sammiti ərəfəsində maraqlı proseslər yaşanıb

Uzun fasilədən sonra MDB dövlət başçılarının Soçidə növbəti sammiti start götürüb. Sammitin əsas mövzusu iqtisadi əlaqələrin inkişafı, hərbi əməkdaşlıq və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsi olub. "Sammitin gündəliyi olduqca zəngindir. Biz gələcəkdə MDB çərçivəsində əməkdaşlığın möhkəmlənməsini qeyd edəcəyik. Təşkilatın və onun strukturlarının effektivliyini artırılması barədə fikir mübadiləsi aparacağıq”, - deyə dövlət başçılarının məhdud tərkibdə keçirilən görüşündə Rusiya prezidenti Vladimir Putin bildirib. O, sammitdə iqtisadi mövzuya xüsusi diqqət ayıracaqlarını vurğulayıb.

Bu dəfəki sammitin maraqlı cəhətlərindən biri Moldova prezidenti İqor Dodonun orada təmsil olunmasıdır. Hamıdan birinci Soçiyə gələn Moldova prezidenti rusiyalı həmkarı ilə moldov məhsullarının ixracı, əmək miqrantları üçün amnistiya və Dnestryanı problemini müzakirə edib. Lakin ekspertlər hesab edir ki, Moldovada hakimiyyət qanadları arasındakı qarşıdurma şəraitində Rusiya ilə Moldova arasında əldə olunan razılaşmaların reallaşması mümkün olmayacaq. Moldova hökuməti Dnestryanı bölgədən Rusiya qoşunlarının və hərbi sursatlarının çıxarılmasını tələb edir. BMT Baş Assambleyasının son toplantısında da baş nazir Pavel Filipp bu tələbi səsləndirib. İqor Dodon isə bu tələbə sərt reaksiya verib - o da Moskva kimi rus qoşunlarının Dnestryanıdan çıxarılmasına qarşıdır. Moldov rəhbərlərinin qarşıdurması Moskvanın diqqətdən yayınmayıb. Rusiya xarici işlər nazirinin müavini Qrirori Karasin hərbi sursatların Dnestryanıdan çıxarılmasını mümkün sayır. Lakin bir şərtlə - münaqişənin nizamlanmasından sonra. Nazir müavini əlavə edib ki, bu həll hələ çox uzaqdadır. İ.Dodon da bu məsələləri rusiyalı həmkarı ilə müzakirə etmək üçün Soçiyə gəlib. V.Putin vəd edib ki, Rusiya bundan sonra da problemin həlli ilə bağlı əldə olunan razılaşmaların təminatçısı qismində çıxış edəcək. O ki qaldı ikitərəfli münasibətlərə,  2016-cı ildə Rusiya Moldova üçün əsas tərəfdaş statusunu itirib. Tərəflər arasında ticarət dövriyyəsi 5 faiz azalıb və 1 mlrd. dollar təşkil edib. Bu ilin yanvar-iyun aylarında isə 600 mln. dollar təşkil edib. Dodon Soçiyə yola düşməzdən əvvəl bəyan etmişdi ki, Putinlə moldov meyvə və tərəvəzlərinə tətbiq olunan rüsumların ləğvini müzakirə edib.

Ekspertlərin bu səfərə münasibəti fərqlidir. Məsələn, politoloq Zurab Toduaın qənaətincə, Dodon Soçiyə öz imicini möhkəmləndirmək üçün səfər edib. Xatırladaq ki, Moldovada qanunverici və icraedici qanada sahib hakim partiya - Demokratik Partiya hər vəchlə xarici tərəfdaşlarını inandırmağa çalışır ki, prezidentin səlahiyyətləri minimuma endirilib və o, xarici və daxili siyasətə təsir etmək imkanlarına malik deyil. Bir ay bundan əvvəl prezidentlə baş nazir və parlament arasında moldov hərbçilərinin NATO təlimlərinə göndərilməsi məsələsində əsl qarşıdurma yaranmışdı. Prezident bildirmişdi ki, o, ali baş komandandır və bir əsgər onun icazəsi olmadan kazarmanı tərk edə bilməz. Lakin zabit və əsgərlər hökumətin göstərişi ilə Ukraynada keçirilən təlimlərə qatılıblar. Baş nazir və parlament sədri vəd etmişdilər ki, əgər prezident sözəbaxan olmasa, onda onun səlahiyyətlərini azaldılmasına nail olacaqlar. 

Yeri gəlmişkən, V.Putinlə görüşmək üçün Soçiyə hamıdan əvvəl gələn tək Moldova prezidenti olmayıb. Tacikistan prezidenti İmomali Rahmon da oktyabrın 10-da Soçiyə gəlib və bağlı qapılar arxasında rusiyalı həmkarı ilə görüş keçirib. Lakin moldov həmkarından fərqli olaraq mətbuata heç bir açıqlama verməyib. Çox güman ki, Rahmonla görüşdə Tacikistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsi diqqət mərkəzində olub. Düzdür, tacik prezidenti bildirir ki, bu məsələ çox mürəkkəbdir və müzakirələr aparmaq gərəkdir. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmədov isə rusiyalı həmkarını ad günü ilə bağlı təbrik edib və ona "Alabay” cinsindən olan it bağışlayıb. 

Qırğızıstana gəldikdə, bu ölkənin prezidenti Almazbek Atambayev MDB dövlət başçılarının Soçidəki görüşünə getməkdən imtina edib. Bu barədə informasiyanı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb. Səfərin ləğvinə səbəb kimi ölkədə dövlət çevrilişi cəhdinin olma ehtimalı göstərilib. Başqa bir maraqlı fakt. Rusiya lideri bir sıra dövlətlərin liderləri ilə tet-a-tet görüşüb ikitərəfli münasibətləri müzakirə etsə də, "ən yaxın müttəfiq”i olan Belarus prezidenti ilə hər hansı bir görüş keçirməyib. Ekspertlər bildirir ki, tərəflər arasında problemlər hər zaman olub. Sonuncu dəfə prezidentlər aprel ayında görüşüblər və onda qaz-neft münaqişəsini həll etməyə müvəffəq oldular. Lakin müşahidəçilər Moskva və Minskin bəyanatlarını şərh və analiz edərək belə bir qənaətə gəliblər ki, aprel razılaşmaları heç də mübahisələrin həllinə gətirib çıxarmayıb və problem gizli forma alıb. Bunu təsdiq edən hal kimi prezidentlər Aleksandr Lukaşenko və Vladimir Putinin  "Qərb-2017” hərbi təlimlərini birgə müşahidə etməmələri göstərilir. KİV və ekspertlər hələ də prezidentlərin təlimləri birgə müşahidə etmələrinə nəyin mane olduğu üzərində baş sındırırlar. Bir qrup hesab edir ki, Rusiya prezidentinə xoş olmayan Lukaşenkonun təlimlərə NATO nümayəndələrini dəvət etməsi olub. 
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6292
GBP 1 İngilis funt sterlinqi 2.2935
TRY 1 Türk lirəsi 0.4397
KWD 1 Küveyt dinarı 5.6281
SEK 1 İsveç kronu 0.2002
EUR 1 Avro 1.9995
CHF 1 İsveçrə frankı 1.7079
USD 1 ABŞ dolları 1.7000