• cümə axşamı, 28 mart, 13:57
  • Baku Bakı 16°C

Təyyarə qəzası nəticəsində yaralıların sayı 37-yə çatıb

21.03.17 09:00 633
Təyyarə qəzası nəticəsində yaralıların sayı 37-yə çatıb
Сənubi Sudanda təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 37-yə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 14 nəfərin yaralandığı bildirilirdi. Yaralıların həyatlarına təhlükə olmadığı bildirilir.
"South Supreme Airlines” aviaşirkətinə məxsus, daxili uçuş həyata keçirən An-26 sərnişin təyyarəsi ötən gün havaya qalxdıqdan sonra yerə çırpılıb və yanıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub. Ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, təyyarədə olanların hamısı sağ qalıb. Qəzanın səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər