AZE | RUS | ENG |

Teymur Rəcəbov son turda mübarizə aparacaq

Teymur Rəcəbov son turda mübarizə aparacaq
İyulun 21-də Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin son turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov son turda estoniyalı Kaydo Kyulaotsla mübarizə aparacaq. Altı turun nəticəsinə görə, təmsilçimizin aktivində 3,5 xal var.
Turnir cədvəlinə 4 xalla Lenyer Dominqes (ABŞ), Radoslav Voytaşek (Polşa) başçılıq edirlər. Beynəlxalq turnirin digər oyunçuları Riçard Rapport (Macarıstan) 3,5, Yan Nepomnyaşi (Rusiya), Daniel Fridman (Almaniya) 3, Kaydo Kyulaots və Liviu Dieter Nisipeanu (Almaniya) 1,5 xal qazanıblar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982