• cümə, 29 Mart, 01:20
  • Baku Bakı 7°C

Teymur Rəcəbov Riçard Rapportla heç-heçə edib

17.07.19 10:00 20671
Teymur Rəcəbov Riçard Rapportla heç-heçə edib
Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən "Sparkassen Chess-Meeting” Beynəlxalq Şahmat Turnirinin üçüncü turu başa çatıb.
Trend xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov üçüncü turda Riçard Rapportla (Macarıstan) qarşılaşmasında xalları yarı bölüb.
Qeyd edək ki, şahmatçımız ilk turda polşalı Radoslav Voytaşeklə heç-heçə edib. İkinci turda isə almaniyalı Liviu Dieter Nisipeanunu məğlub edib. Üç turun nəticəsinə görə, şahmatçımızın aktivində 2 xal var.
Beynəlxalq turnir iyulun 21-də başa çatacaq.
banner

Oxşar Xəbərlər