• cümə, 19 Aprel, 21:31
  • Baku Bakı 24°C

Tərtərdə traktor minaya düşdü, traktorçu yaralandı

28.01.21 16:45 482
Tərtərdə traktor minaya düşdü, traktorçu yaralandı
Tərtərdə minaya düşən traktor sürücüsü, Seydimli kənd sakini Elgün Ələkbərov Qızıloba kəndində torpaq şumlayarkən tank əleyhinə minaya düşüb.
Kaspi.az xəbər verir ki, bu barədə E.Ələkbərov özü məlumat verib.
O qeyd edib ki, hadisə iş prosesi zamanı qeydə alınıb: "Həmin vaxt traktorla işləyirdim. Birdən partlayış baş verdi. Traktoru qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. İlk öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm ciddi yaram yoxdur. Amma əlim üzüm qan içində idi. Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxıb yaxınlıqdakı sahəyə getdin. Orada işləyən aqronom məni xəstəxanaya çatdırdı". (APA)
banner

Oxşar Xəbərlər