Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb
Londonda metroda törədilən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
AZƏRTACxəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəaliyyətinin monitorinqini aparan "SITE" saytı məlumat yayıb.
Xatırladaq ki, bu gün London metrosunun "Parsons Green” stansiyasında törədilən partlayış nəticəsində 30-a yaxın insan xəsarət alıb.