• cümə axşamı, 18 aprel, 11:57
  • Baku Bakı 12°C

Tərəfdaşlarımıza dəstək göstərməkdə davam edəcəyik

22.05.20 10:53 464
Tərəfdaşlarımıza dəstək göstərməkdə davam edəcəyik
Pandemiya ilə mübarizədə yolumuz hələ uzundur və biz bundan sonra da mübarizədə tərəfdaşlarımıza dəstək göstərməkdə davam edəcəyik.
Trend-in məlumatına görə, bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, koronavirusa qarşı vaksinin hazırlanmasını gözləyərkən edə biləcəyimiz başqa məsələlər var. Peyvənd hazırlanana qədər xəstəliyin yayılmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır.
H.Harmancı əlavə edib ki, Azərbaycan REACT-C19 kimi layihə həyata keçirən ilk ölkədir və bu baxımdan dünya ölkələrinə nümunə ola bilər.
banner

Oxşar Xəbərlər